Polşa XİN rəhbəri: Ukrayna daha üç il döyüşməyə hazırlaşır

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropanı ən azı üç il müddətində Ukraynaya dəstək verməyə hazır olmağa çağırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Onun sözlərinə əsasən, çünki Kiyevin planları məhz bu müddətə hesablanıb.

Londonda Ukraynada vurulmuş İran dronu “Shahed-136”nın təqdimatı zamanı çıxış edən Sikorski Avropa ölkələrini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O, ABŞ Prezidenti Donald Trampın Kiyevə “Tomahawk” raketlərini verəcəyinə ümid edir.

Polşa diplomatiyasının rəhbəri qeyd edib ki, Ukraynaya veriləcək daha çox silah, eləcə də hava Hücumundan Müdafiə sistemləri, qısa və uzaq mənzilli raketlərin tədarükü Avropanın müdafiəsi üçün vacibdir: “Çünki Rusiya dronları artıq Polşa hava məkanında qeydə alınıb, döyüş təyyarələri isə Estoniya səmasında müşahidə olunub”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir