Donald Tramp Prezident İlham Əliyevi çox güclü lider adlandırıb

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Tramp bu barədə Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı bildirib.

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”, – Ağ Ev rəhbəri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir