Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı ilə bağlı dəqiq razılıq yoxdur, ancaq bunu tez bir zamanda təşkil etmək olar.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, telefon danışığı ilə bağlı hələ ki dəqiq razılaşma olmadığını qeyd edib.
“Belə razılıq olsa, danışıqlar baş tutacaq. Belə bir söhbəti çox tez təşkil etmək üçün hər cür imkan var”, – Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az