Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Geo telekanalı məlumat yayıb.
Məlumata əsasən, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib.
Azinformasiya.az