Azərbaycan və Pakistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Pakistan Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Tərəflər Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, həmçinin ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, o cümlədən Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir