Gəncədə 62 yaşlı kişinin meyiti tapılıb

Gəncədə meyit tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumata əsasən, 62 yaşlı kişini meyiti keçmiş məcburi köçkünlərin məskunlaşdığı “Qocalar evi”nin yaxınlığında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir