Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.
Azinformasiya.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə tapılıb.
Onun dəm qazından boğularaq öldüyü bildirilir.
M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az