Ukrayna Ombudsmanı Şəhidlər xiyabanını ziyarət edib

Ukraynanın Azərbaycanda səfərdə olan Ombudsmanı Dmitro Lubinets Şəhidlər xiyabanını ziyarət edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev özünün “X” hesabında məlumat verib.

“Bu gün Şəhidlər xiyabanını ziyarət etdik və azərbaycanlı qəhrəmanların xatirəsini yad etdik. Həmçinin Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin məzarı üstünə gül düzdük”, – səfir qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir