“Yeni Əkinçi” media qrupun rəhbəri, jurnalist,müharibə veteranı Habil Vəliyevin azadlığa buraxılması üçün ’’Şəhid ailələri,əlillər və müharibə veteranlarının müdafiəsi’’ ictimai birliyi tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Çox hörmətli Cənab Prezident!
Təşkilatımızın üzvü Birinci Qarabağ Müharibəsinin veteranı,Azərbaycan Respublikasının dəyərli oğlu Habil Vəliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi,müstəqilliyi,Konstitusiya quruluşu uğrunda fədakarcasına döyüşərək sağlamlığını,gəncliyini fəda edən,xalqına,dövlətinə,dövlətçiliyənə sadiq qalaraq xidmət etmiş,uzun illər dövlətçiliyin,dövlət qanunlarının qorunmasında fəal iştirak edən jurnalist və müharibə veteranı kimi Azərbaycan xalqının qarşısında böyük əməyi olan,hal-hazırda məhbus həyatı yaşayan,şər və böhtanla,yalanlarla,sübuta yetirilmiyən iddialarla,qanun pozuntusuna yol verilərək Ağır Cinayətlər məhkəməsində cəza kəsilib.
Müharibə veteranı kimi təşkilatımızın üzvü olan,Yeni Azərbaycan Partiyasının üzvü və həmçinin Ulu Öndər Heydər Əliyevin seçki qərargahının üzvü,30 ildən artıq müddətdə 125 saylı seçki dairəsinin məntəqə sədri,’’Yeni Əkinçi’’ media qrupun rəhbəri Habil Vəliyev 1 il 7 aydan çoxdurki həbsxanada günə-gün cəza çəkir.Təşkilatımızın çoxsaylı kontengenti adından(Şəhid ailələri,əlil,veteran) eyni zamanda müraciətimizdə nəzərinizə çatdırmaq istəyirəm ki,Habil Allahverdi oğlu Vəliyevin həyat yoldaşı vəfat etmiş,üç övladı yəni ailə tamamilə başsız qalmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq ölkəmizin dahi lideri,Qədim Qarabağın və Şərqi Zəngəzurun Dəmir Yumruqlu Ali Baş Komandanı,hər zaman humanistliyi ilə örnək olan Cənab İlham Əliyev !
Sizdən xahiş edirik ki,təşkilatımızın üzvü,Birinci Qarabağ Müharibəsi Veteranı,Azərbaycan Respublikasının dəyərli oğlu Habil Allahverdi oğlu Vəliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi,müstəqilliyi,Konsitutsiya quruluşu uğrunda fədakarcasına döyüşərək sağlamlığını,gəncliyini fəda etmiş,xalqına,dövlətinə,dövlətçiliyə sadiq qalaraq xidmət etmiş,uzun illər dövlətçiliyin,dövlət qanunlarının qorunmasında fəal iştirak edən jurnalist və veteran kimi Azərbaycan xalqının qarşısında böyük əməyi olan,hazırda şər və böhtanla,yalanlarla,sübuta yetirilməyən iddialarla qanun pozuntusuna yol verilərək Ağır Cinayətlər məhkəməsində cəza kəsilib və bu səbəbdən də Habil Vəliyev günahsız yerə cəza çəkir.Habil Vəliyevin azadlığa buraxılması üçün lazımi göstəriş verməyinizi sizdən xahiş edirik.
Müraciətin sonunda Azərbaycan Respublikası ‘’’Şəhid Ailələri,Əlillər və Müharibə Veteranlarının Müdafiəsi’’ İçtimai Birliyinin sədri Tahir Məmmədovun imzası və birliyin möhrü ilə müraciət yekunlaşır.
Azinformasiya.az