Ukrayna Belqoroda raket zərbəsi endirib, ölənlər var

Ukrayna Rusiyanın Belqorod vilayətinə raket zərbəsi endirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.

İlkin məlumatlara əsasən, raket zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Şebekinski rayonunun Maslova Pristan qəsəbəsi raket atəşinə tutulub. İlkin məlumata görə, 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Sosial obyekt binası qismən dağılıb. Artıq Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və özünümüdafiə qüvvələri hadisə yerindədir, dağıntıları təmizləyir. Dağıntılar altında insanlar ola bilər”, – qubernor vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir