Türkiyənin Mərsin bölgəsində işçiləri daşıyan servis avtobusu qəzaya düşüb.
Azinformasiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Hadisə yerinə xilasediciləri və təcili tibbi yardım heyəti cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.
Azinformasiya.az