Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Azinformasiya.Az-ın Qərb Mərkəzinin məlumatına görə, təbii fəlakət Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Qazax və digər rayonlarda hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yanında zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.