Müharibə bitəndən sonra mən getməyə hazıram.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna prezidenti Zelenski “Axios”a müsahibəsində deyib.
Zelenski jurnalistin “Putinin atəşkəslə bağlı razılığa gələcəyi təqdirdə, Ukraynada seçkilərin keçirilməsini təmin edəcəksiniz?” sualına “bəli” deyə cavab verib.
“Müharibəni bitirsək, mən getməyə hazıram. Mənim məqsədim müharibəni bitirməkdir”, – Ukrayna dövlət başçısı müharibə bitəndən sonra vəzifədən getməyə hazır olub-olmadığı barədə suala cavabında qeyd edib.
Azinformasiya.az