Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipri tanımağa çağırıb

“Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipri kənarda saxlamağa hesablanmış layihələrin uğurlu olmayacağını vurğulamaq istəyirəm”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə çıxışında bildirib.

Türkiyə Prezidenti deyib ki, Şərqi Aralıq dənizi konfransı qarşılıqlı maraqların təmin edilməsi üçün faydalı olar.

“Kipr məsələsinin həlli üçün əvvəllər dəfələrlə səy göstərilib, ancaq yunan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən əhəmiyyətini itirmiş federasiya yaradılması yolu ilə həll oluna bilməz. Beynəlxalq ictimaiyyət Kipr türklərinin yarım əsrdir ki, davam edən təcridinə son qoymalıdır. Beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa, diplomatik əlaqələr qurmağa dəvət edirəm”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir