Rusiya strateji hücum silahlarının azaldılması və azaldılması haqqında – START müqaviləsinin müddəti bitdikdən sonra daha bir il müddətində məhdudiyyətlərə əməl etməyə hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Rusiyanın START müqaviləsinə daha bir il əməl etməsi üçün ABŞ-ın da eyni mövqeyi lazımdır.
Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu ideyanı amerikalı həmkarı Donald Trampla məzmunlu şəkildə müzakirə etməyib, ancaq bu barədə xatırlatma olub.
Azinformasiya.az