Rusiya Odessanı ballistik raketlə vurub, ölən və yaralılar var

Bu gün Rusiya Ukraynanın Odessa vilayətinin Belgorod-Dnestrovsk rayonuna ballistik raketlərlə hücum edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Odessa vilayət prokurorluğuna istinadən məlumat verib.

Məlumata əsasən, hücumun hədəfi Tatarbunarı şəhərinin mərkəzi olub.

Prokurorluq raket hücumunun baş verdiyi ərazidə xeyli sayda binanın dağıldığını bildirib.

Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir