Kreml bəzi Qərb ölkələrinin Fələstin Dövlətini tanımasına münasibət bildirib

Kreml bəzi Qərb ölkələrinin Fələstin Dövlətini tanımasına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fələstin-İsrail münaqişəsinin hazırda özünün ən kəskin və faciəli mərhələsini yaşadığını deyib.

“Biz BMT Təhlükəsizlik Şurasının fundamental qətnamələrinə və Fələstin-İsrail probleminin iki dövlətli həll yolu ilə həllinin mümkünlüyü ilə bağlı beynəlxalq mövqeyə sadiq qalırıq. Rusiya hesab edir ki, bu, uzun müddətdir davam edən mürəkkəb münaqişənin həllini tapmağın yeganə mümkün yoludur”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ötən gün Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya Fələstini Dövlətini tanıyıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir