Şəmkirdə yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Yasamal adlanan ərazisində baş verib. Hərəkətdə olan “VAZ 21015” ilə yük maşını toqquşub. Qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya yeləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az