Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Niva” markalı minik maşını yolu keçmək istəyən V.Qəhramanlını və onun bacısı G.Qəhrəmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az