Biləsuvarda avtomobil maneəyə çırpılıb, sürücü ölüb

Biləsuvar rayonunda sükan arxasında ölən sürücünün avtomobili maneəyə çırpılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.

Kənd sakini, 53 yaşlı Mirzə Mirzəyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində ölən sürücünün, ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir