Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, kənd sakini 37 yaşlı Kənan Cəbiyev bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Ağtala kənd sakini 32 yaşlı Emin Baxışov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.
Azinformasiya.az