Rusiya ordusu Konstantinovkanı bombalayıb, 5 nəfər ölüb

Donetsk vilayətinin Konstantinovka şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Rusiya ordusunun FAB-250 tipli aviasiya bombası ilə şəhərin yaşayış sektorunu vurması nəticəsində həlak olanların ikisi qadın, üçü kişi olub.

Partlayış nəticəsində 4 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir