Rusiya dronlarının Xarkova hücumu nəticəsində yaralananlar və dağıntılar var

Bu gün Rusiya ordusunun Xarkova hücumu zamanı zərbə dronlarıdnan biri şəhərin Slobodski rayonunda yerləşən Milli Əzcaçılıq Universitetinin binasına dəyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Xarkov meri İqor Terexova istinadən məlumat yayıb.

Zərbə nəticəsində təhsil müəssisəsinin damı zədələnib və yanğın başlayıb.

Şəhər meri İqor Terexovun sözlərinə görə, yaralıların sayı dörd nəfərə çatıb.

Regional prokurorluq dronun universitetə dəydiyi anın videosunu yayımlayıb.

Kadrlardan binanın ciddi dağıntılara məruz qaldığı görünür.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir