Astarada avtomobil yeniyetməni vurub

Astarada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, nəqliyyat vasitəsi Astara rayonunun Ərçivan qəsəbə sakini 2008-ci il təvəllüdlü Bibixanım Əliyevanı vurub. Xəsarət alan piyada Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi xidmət göstəriləndən sonra Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir