ABŞ Prezidenti Donald Tramp Rusiya dronlarının Polşanın hava məkanını pozmasından danışıb.
Azinformasiya.az xəbər verir ki, Tramp bu məsələdə heç kəsi müdafiə etməyəcəyini bildirib.
“Mən heç kimi müdafiə etməyəcəm, lakin dronlar vuruldu və endirildi. Lakin siz Polşaya heç bir halda yaxın olmamalısınız”, – Tramp vurğulayıb.
O, Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrinin sürətlə tükəndiyi ilə bağlı xəbərdarlıq edib.
Azinformasiya.az