Belqorodda PUA hücumu nəticəsində iki nəfər ölüb

Rusiyanın Belqorod vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.

Məlumata əsasən, Ukraynaya məxsus pilotsuz uşuş aparatlarının hücumu nəticəsində ölənlər mülki şəxslərdir: “Qraivoronski rayonundakı ferma ərazisində, sürücü pilotsuz uçuş aparatının “QAZel”ə hücumu nəticəsində həlak olub. Partlayış nəticəsində avtomobil yanıb. Yaxınlıqdakı Şebekinski rayonunda PUA hücumu nəticəsində yaralanan şəxs isə xəstəxanada ölüb”.

Qeyd olunub ki, vilayətə PUA hücumunda digər mülki şəxs yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir