Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib

Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib və sentyabrın 6-da gecə Ermənistana qayıdıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib.

Onun sözlərinə əsasən, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları Azərbaycandan Baş nazirin təyyarəsi üçün hava keçidi istəyib və müsbət cavab alıblar: “Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün əməli addım hesab edirik”.

O xatırladıb ki, Azərbaycan təyyarələri uzun müddətdir Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaradır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir