Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına üzv olmaq məqsədinin Ukraynanın “qanuni seçimi” olduğu fikrinə münasibət bildirib.
Azinformasiya.az “Unian“a istinadən xəbər verir ki, Zelenski Putinin Ukraynanın Aİ-yə üzvlük məsələsini gec qəbul etdiyini vurğulayıb.
“Nəhayət ki, Rusiyadan siqnallar eşidirik. Onlar artıq Ukraynanın Avropa İttifaqına üzvlüyünü qəbul edirlər. Təəssüf ki, bu reallığı gec qəbul edirlər. Hətta 2013-cü ildən Rusiya belə sadə qənaətə gəlməli idi. Lakin indi bunu eşitmək lazımdır”, – Zelenski vurğulayıb.
Azinformasiya.az