Füzulidə kitabxanada yanğın olub

Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində yanğın olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 350 m² olan qamış, taxta və dəmir konstruksiyalardan ibarət tövlə 150 m² sahədə, yaxınlıqda yığılan 80 ton ot bağlamasının 20 tonu, sahəsi 140 m² olan birmərtəbəli kitabxananın dam örtüyünün taxta atmaları 2 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb. Tövlənin, ot bağlamalarının, kitabxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir