Putin: Rusiyanın ikibaşlı qartalı yalnız qərbə və şərqə deyil, cənuba da baxır

“İkibaşlı qartal simvolu Rusiyanın strateji maraqlarını yalnız qərbdə və şərqdə deyil, həm də cənubda əks etdirir”.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.

Rusiya Prezidenti qeyd edib ki, Rusiyanın ikibaşlı qartalı ölkənin maraqlarını yalnız qərb və şərq istiqamətlərində deyil, eyni zamanda cənub istiqamətində də təcəssüm etdirir.

Forumda moderatorun qartalın başlarının bir istiqamətə baxmalı olması ilə bağlı iradına cavab olaraq Putin bunları bildirib: “Siz dediniz ki, bizim qartal harasa baxır: şərqə, qərbə. Lakin cənub da var”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir