Peskov: Putin Zelenskini Moskvaya təslim olmaq yox, danışıqlar üçün dəvət edib

Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskini Moskvaya kapitulasiya üçün deyil, danışıqlar aparmaq məqsədilə dəvət edib.

 

Azinformasiya.az “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Onu Moskvaya danışıqlar üçün dəvət ediblər, kapitulasiya üçün yox”, – deyə Peskov qeyd edib.

Görüş yeri kimi Moskvanın seçilməsinə dair suala cavabında Peskov vurğulayıb ki, bu, Putinin təklifi olub:

“Bu, onun təşəbbüsü idi və biz görürük ki, Zelenski bu təklifi öz xarici işlər naziri vasitəsilə rədd etdi”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir