Fransanın Marsel şəhərində bir nəfərin bıçaqla insanlara hücum etməsi nəticəsində 5 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, polis hücum edən şəxsi zərərsizləşdirib.
Məlumata əsasən, Marseldə Tunis vətəndaşı olan bir nəfər otel işçilərinə bıçaqla hücum edib.
Nəticədə beş nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hücum edən şəxs polis tərəfindən güllələnib.
Hadisə barədə araşdırma aparılır.
Azinformasiya.az