Rusiya və Ukraynanın danışıqlar qruplarının rəhbərləri əlaqə saxlayırlar, ancaq növbəti raundun tarixləri hələ müəyyən edilməyib.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiya və Ukraynanın danışıqlar qruplarının rəhbərləri təmasdadır.
Onun sözlərinə əsasən, İstanbulda keçirilməsi nəzərdə tutulan yeni raundun dəqiq vaxtını hələ demək mümkün deyil.
Azinformasiya.az