Türkiyədə 4 maqnitudalı zəlzələ olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 05.59-da baş verən zəlzələnin ocağı Kahramanmaraşın Elbistan rayonunda, 19,74 km dərinlikdə olub.
Zəlzələ ətraf rayonlarda hiss edilib.
Azinformasiya.az