Tərtərdə yol qəzası olub, xəsarət alanlar var

Tərtərdə yol qəzası olub, üç nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan qəzada “BMW” və “Hyundai” toqquşub.

Nəticədə Tərtər rayon sakinləri 1998-ci il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu xəsarət alıb.

Yaralılar Tərtər Rayon mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir