Rusiya xarici işlər naziri Serqey Lavrov Rusiya və Ukrayna prezidentlərinin görüşünün hələ planlaşdırılmadığını, ancaq Vladimir Putinin sammit üçün gündəlik hazır olduqda Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.
Azinformasiya.az xəbər verir ki, Lavrov bunu “NBC News” kanalına müsahibəsində qeyd edib.
Lavrov, eyni zamanda qeyd edib ki, hazırda görüşə uyğun gündəlik yoxdur.
Azinformasiya.az