İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb, 76 nəfər ölüb

İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.

 

Azinformasiya.az  BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.

3 nəfər ağır xəsarət alıb.

Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub.

BMT-nin miqrasiya agentliyinin məlumatına əsasən, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir