Fon der Lyayen Tramp və Zelenski ilə görüşdə iştirak etmək niyyətindədir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə 18 avqustda keçiriləcək görüşdə iştirak etmək niyyətində olduğunu bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb və Zelenskinin Tramp ilə görüşdən əvvəl 17 avqust günortadan sonra şəxsi olaraq Brüsselə gələcəyini vurğulayıb.

“Zelenskinin xahişi ilə mən ABŞ Prezidenti və Avropa liderləri ilə onun görüşünə bazar ertəsi qoşulacağam,” – Fon der Lyayen qeyd edib.

O, həmçinin qeyd edib: “Bu gün Brüsseldə Volodimir Zelenskini qarşılayacağam və birlikdə telekonfransda iştirak edəcəyik.”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir