Kallas: Rusiya tam atəşkəsi qəbul etmədən Kremlə qarşı heç bir güzəşt müzakirə olunmamalıdır

Rusiya tam və şərtsiz atəşkəsi qəbul etmədən Kremlə qarşı heç bir güzəşt müzakirə olunmamalıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas 11 avqustda keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasından sonra verdiyi açıqlamada bildirib.

“Rusiya tam və şərtsiz atəşkəsi qəbul etməyincə, biz heç bir güzəşt mövzusunu müzakirə etməməliyik. Bu, keçmişdə Rusiyaya qarşı heç vaxt işə yaramayıb və bu gün Putinə qarşı da işə yaramayacaq”, – Kallas vurğulayıb.

O həmçinin qeyd edib ki, danışıqlar zamanı addımların ardıcıllığı çox önəmlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir