Britaniya Baş naziri İsraili Qəzza ilə bağlı qərara yenidən baxmağa çağırıb

Böyük Britaniyanın Baş naziri Keir Starmer İsrail təhlükəsizlik kabinetinin Qəzzanı ələ keçirmək qərarını səhv adlandırıb və İsrail hökumətini bu qərara yenidən baxmağa çağırıb.

 

Azinformasiya.az  BBC-yə istinadən xəbər verir ki, Starmerin fikrincə, sözügedən qərar münaqişənin bitməsinə və girovların azad edilməsinə töhfə verməyəcək, əksinə daha çox qırğına səbəb olacaq.

Britaniyanın Baş naziri münaqişə tərəflərini diplomatik həll yoluna çağırıb.

“Bizə lazım olan budur ki, atəşkəs bərqərar olsun, humanitar yardımlar artsın və bütün girovlar azad edilsin. HAMAS Qəzzanın gələcəyində heç bir rol oynaya bilməz və tərksilah olub ərazini tərk etməlidir”- Keir Starmer vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir