Tramp Hindistan üçün tarifləri qaldıracaq: Ukraynada öldürülən insanların taleyinə məhəl qoymurlar

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırmaq qərarına gəlib.

 

Azinformasiya.az  xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında məlumat verib.

Onun sözlərinə əsasən, Hindistan sadəcə böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, həm də aldıqdan sonra neftin bir hissəsini açıq bazarda satır və Ukraynada öldürülən insanların taleyinə məhəl qoymur.

Tramp tarif vergisinin nə qədər artırılacağını deməsə də, bu verginin əhəmiyyətli həddə yüksəldiləcəyini bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir