Rusiyada turist avtobusu qatarla toqquşub, ölən və yaralanan var

Sankt-Peterburqun Leninqrad vilayətində turistləri daşıyan avtobusun yük qatarı ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 10-u isə yaralanıb.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Nəticədə maşinist əl əyləcindən istifadə edərək qatarı dayandırmağa nail olub.

Bu arada, Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsi bir nəfərin öldüyünü açıqlayıb.

Hadisə yerinə Nəqliyyat Prokurorluğunun əməkdaşları gələrək, araşdırmalara başlayıb.

Fakt üzrə dəmiryolunun istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir