Siyarto: Budapeşt Ukraynaya silah verməyib və mövqeyini dəyişmək niyyətində deyil

Macarıstan NATO üzvü olan yeganə ölkə olaraq Ukraynaya silah göndərməyən və bu məqsədlə maliyyə ayırmayan dövlətdir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “RİA Novosti”yə müsahibəsində bildirib.

Diplomatın sözlərinə əsasən, Budapeştin bu məsələdəki mövqeyi dəyişməz qalacaq.

O, həmçinin qeyd edib ki, Macarıstan müharibənin əvvəlindən etibarən sülhün tərəfdarı olub və bu yanaşma hərbi təşəbbüslərdə iştirak etməyi istisna edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir