Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.
Azinformasiya.az xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək.
XİN rəhbərləri görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.
Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.
Azinformasiya.az