Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Çinə gəlib.
Azinformasiya.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, ŞƏT-in XİNŞ iclası 14–15 iyul tarixlərində Tyançzin şəhərində keçiriləcək. Nazirlik səviyyəsində keçirilən bu iclas təşkilatın 30 avqust – 1 sentyabr tarixlərində həmin şəhərdə baş tutacaq sammitinə hazırlıq baxımından əsas mərhələlərdən biri olacaq. Diplomatın sözlərinə görə, Lavrovun tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Azinformasiya.az