Sumqayıtda binada yanğın olub

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. Hadisə 45-ci məhəllədə yerləşən 1-ci binada baş verib.

 

Azinformasiya.az  xəbər verir ki,Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Bundan başqa, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə polis əməkdaşları da səfərbər olunub.

Yanğının səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir