Qazax rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində şəhid atası dünyasını dəyişib.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Vətən Müharibəsi şəhidi Fərid Nəbiyevin atası Kamran Nəbiyev ona məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində K.Nəbiyəv aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az