Yaponiyada 5,4 maqnitudalı zəlzələ olub

Yaponiyanın cənub-qərbində 5,4 maqnitudalı zəlzələ olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Yaponiya Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin ocağı Tosima adası yaxınlığında, 20 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir