Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.
Azinformasiya.az xəbər verir ki, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Yaralılar Zaqatala RMX-nın Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Azinformasiya.az