“COVID-19 pandemiyasına görə 2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu”.
Azinformasiya.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
“Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır”, – o deyib.